Ceyhun Bayramov bu gün Vaşinqtonda Mayk Pompeo ilə görüşəcək

09:40 - 23 Oktyabr 2020 - Xəbər

Oktyabrın 23-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Vaşinqtonda ABŞ-ın Dövlət katibi Mayk Pompeo ilə görüşünün keçirilməsi nəzərdə tutulur.

APA  ABŞ Dövlət Departamentinin saytına istinadən xəbər verir ki, görüş ABŞ vaxtilə səhər 09:30-da olacaq. Görüşdə Dövlət katibinin müavini Stiven Beqan da iştirak edəcək.

Daha sonra isə Pompeo Mantsakanyanla görüşəcək.

Xəbər xətti