Zaqatalada ər arvadını balta ilə qətlə yetirib

20:55 - 21 Oktyabr 2020 - HADİSƏ

Zaqatalada 50 yaşlı kişi arvadını qətlə yetirib.

Hadisə bu gün günorta saatlarında rayonun Yengiyan kəndində baş verib.
Kənd sakini, 1978-ci il təvəllüdlü Zalxa Qədim qızı İsmayılovanın üzərində zorakılıq əlamətləri olan meyiti ailəsinə məxsus fındıq bağında kənd sakinləri tərəfindən aşkar edilib. Hadisə yerinə cəlb edilən hüquq-mühafizə orqan əməkdaşlarının apardığı ilkin araşdırma zamanı Z.İsmayılova əri 1970-ci il təvəllüdlü Fazil Allahverdi oğlu İsmayılov tərəfindən qətlə yetirildiyi məlum olub. F.İsmayılov saxlanılıb. O, həyat yoldaşını balta ilə vurduğunu etiraf edib. F.İsmayılov həyat yoldaşını vurduqdan sonra hadisə yerini tərk edib.

Meyit müayinə edilmək üşün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala Rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.///Apa

Xəbər xətti