Polis idarəsinin qarşısında minalanmış avtomobil partladıldı; 14 ölü, 119 yaralı - FOTO

13:19 - 19 Oktyabr 2020 - HADİSƏ

Əfqanıstanın mərkəzində yerli polis idarəsinin qarşısında minalanmış avtomobilin partladılması nəticəsində 14 nəfər həlak olub, 199-u isə xəsarət alıb. Ucnoqta.az xəbər verir ki, hadisə Qor şəhəri ərazisində qeydə alınıb. Bu barədə “Azadlıq” radiosu məlumat yayıb.

Məlumata görə, terror hücumu, Əfqanıstan hökuməti ilə Taliban arasında Qətərin paytaxtı Dohada keçirilən sülh danışıqları günü həyata keçirilib.

Yerli polisdən bildirilib ki, ölənləri hamısı mülki şəxslər, yaralananlardan isə 35-i təhlükəsizlik işçisidir. 

Hələlik heç bir terror təşkilatı hadisə ilə bağlı məsuliyyəti öz üzərinə götürməyib.

 

Namiq Musayev

 

Xəbər xətti