Kılıçdaroğlu Gəncəyə olunan raket hücumundan yazdı

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu Gəncəyə olunan raket hücumu ilə bağlı yazıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə tvitter hesabında paylaşım edən Kılıçdaroğlu Ermənistanın müharibə cinayəti törətdiyini bildirib.

"Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərinə hücumları ilə müharibə və insanlıq cinayətləri törədən Ermənistanı qətiyyətlə pisləyirəm. Qardaş Azərbaycan xalqına keçmiş olsun və bir daha təkrar edirəm ki, haqlı işlərində onların yanındayıq",-deyə Kılıçdaroğlu qeyd edib.

 

Tarix
17 Oktyabr 2020 [09:48]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-10-17 09:48:00
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin