“Ermənistanın Gəncəni raket atəşinə tutması nəticəsində 12 nəfər həlak olub”- Prokurorluq

Düşmənin silahlı qüvvələrinin 17.10.2020-ci il tarixdə gecə saat 01 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində 12 nəfər həlak olub, 40-dan çox şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Ucnoqta.az xəbər verir ki, bu barədə Respublika Baş Prokurorluğunun məlumatında bildirilir. Qeyd edilib ki, hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir. İctimaiyyətə son vəziyyətlə bağlı əlavə məlumat veriləcək.
Tarix
17 Oktyabr 2020 [04:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-10-17 04:50:26
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin