İşğaldan azad olunan sərhəd zastavalarımız üzərində dövlət bayrağımız ucaldılıb

Azərbaycan-İran dövlət sərhədinin Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olan 132 km-lik hissəsinin azad edilməsinə başlanılması Azərbaycan sərhədçiləri tərəfindən böyük sevinc və ruh yüksəkliyi ilə qarşılanıb.

Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisindəki “Çaxırlı” və “Mahmudlu” sərhəd zastavaları üzərində oktyabrın 16-da Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən, Azərbaycanın Dövlət bayrağı ucaldılıb və bu sərhəd zastavalarının xidməti-döyüş fəaliyyətinə başlaması münasibətilə təntənəli mərasim təşkil edilib.

Mərasimdə Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında Ermənistan Silahlı Qüvvələrinin əzəli Azərbaycan torpaqlarından qovulması üzrə döyüş əməliyyatlarında Azərbaycan sərhədçilərinin də şərəflə iştirak etməsi və Silahlı Qüvvələrin digər növləri ilə birlikdə düşmənə sarsıdıcı zərbələr endirməsi xüsusi qeyd edilib.

Dövlət sərhəd xəttində xidmət aparan hər bir sərhədçi zabitin, gizirin, çavuşun və əsgərin də düşmənə qarşı döyüş tapşırıqlarını yerinə yetirməyə hazır olmaları vurğulanın, şəxsi heyətin döyüş ruhunun son dərəcə yüksək olması, hərbi qulluqçulardan döyüş bölgəsinə göndərilmə barədə çoxsaylı müraciətlərin daxil olması bildirilib: “1993-cü ilin oktyabr ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş və 27 ildən sonra azad edilmiş həmin ərazidə dövlət sərhədinin mühafizəsi Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin şəxsi heyəti tərəfindən təşkil olunub.

Yaxın müddətdə işğaldan azad ediləcək digər sərhəd zastavalarında sərhəd mühafizə tədbirlərinin həyata keçirilməsinə hazırlıq tədbirləri davam etdirilir.

“Qarabağ Azərbaycandır!”

Yaşasın Azərbaycan!

Yaşasın Ali Baş Komandan!”.
Tarix
17 Oktyabr 2020 [00:22]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-10-17 00:22:07
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin