Evakuator və taksi sürücüləri arasında əlbəyaxa dava - VİDEO

13:05 - 14 Oktyabr 2020 - HADİSƏ

Türkiyənin İstanbul şəhərində yol vermək üstündə iki sürücü arasında dava yaşanıb.

Ucnoqta.az DHA-ya istinadən xəbər verir ki, insident Esenyurd rayonunda qeydə alınıb.

Məlumata görə, “19 may” prospektində yol üstündə evakuator və taksi sürücüləri arasında  əvvəlcə mübahisə, daha sonra isə əlbəyaxa dava baş verib. Dava ətrafdakı insanların araya girməsi ilə sona çatıb. Hadisənin görüntüləri isə bir vətəndaş tərəfindən anbaan mobil telefonla qeydə alınıb.

 

Namiq Musayev

 

1

Xəbər xətti