Kran 2 mərtəbəli evə girdi; 3 nəfər xəsarət aldı - VİDEO

Türkiyənin Çorum vilayətində əyləcində nasazlıq yaranan kran iki mərtəbəli evə girib. Ucnoqta.az DHA-ya istinadən xəbər verir ki, hadisə oktyabrın 13-də axşam saatlarında Boğazkale rayonunda qeydə alınıb.

Məlumata görə, Cəlal Ərənin idarə etdiyi 07 CFS 79 qeydiyyat nömrə nişanlı kran, hərəkətdə olarkən qəfildən əyləcində nasazlıq yaranıb və sürücünün idarəetməsindən çıxaraq Mustafa Badaka məxsus həyətyanı sahənin hasarını aşıraraq 2 mərtəbəli evə çırpılıb.

Zərbənin təsirindən evin beton dirəklərini parçalayan kran, otağın yarısına kimi içəri daxil olub.

Qəza nəticəsində sərnişin qismində olan Şükrü Koçak, Servet Kurt və Abdulhekim İlik maşında sıxışıblar. Yaralılar, xilasetmə qüvvələri tərəfindən sıxışdıqları yerdən çıxarılaraq təcili tibbi yardın briqadasına təhvil veriliblər.

Faktla əlaqədar araşdırma aparılır.

 

Namiq Musayev

 

9
Tarix
14 Oktyabr 2020 [07:52]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-10-14 07:52:41
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin