"İrəvan “İskəndər”dən istifadə edərsə,... "Nazir

16:33 - 28 Sentyabr 2020 - Xəbər

Ermənistan tərəfindən “İskəndər” komplekslərindən istifadəyə Azərbaycan Silahlı Qüvvələrinin adekvat cavabı var. Bu barədə Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov “RİA Novosti”yə bildirib. “Təəssüf ki, erməni tərəfindən hər şey gözləmək olar. Hərbi baxımdan cavab tədbirlərinin nə olacağını izah etmək mənim üçün çətindir... Əminəm ki, Azərbaycan Silahlı Qüvvələrinin adekvat cavabı var”, - deyə o bildirib. Qeyd edək ki, Ermənistan Müdafi Nazirliyinin nümayəndəsi Artsun Ovannisyan “İskəndər” raket kompekslərindən və hücum təyyarələrindən istifadə edə biləcəklərini demişdi.///oxu.az

Xəbər xətti