İlham Əliyev almaniyalı həmkarını təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə təbrik məktubu yazıb.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Alman Birliyi Gününün 30-cu ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan Respublikası Almaniya Federativ Respublikası ilə müxtəlif sahələrdə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verir. Siyasi təmaslarımız iqtisadi, humanitar sahələrdə fəal və səmərəli əməkdaşlığımızla müşayiət olunur. İnanıram ki, ölkələrimiz arasındakı qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bəşəriyyətin COVID-19 pandemiyası ilə mübarizə apardığı bir dövrdə Azərbaycan xalqının dost Almaniya xalqı ilə həmrəy olduğunu vurğulamaq istəyirəm.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Almaniya Federativ Respublikasına daim əmin-amanlıq və rifah diləyirəm".

Tarix
28 Sentyabr 2020 [15:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-09-28 15:53:30
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin