Düşmənin daha iki tankı məhv edilib- Video

13:14 - 28 Sentyabr 2020 - Xəbər

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Azərbaycan Ordusunun apardığı əks-hücum əməliyyatları davam edir.

Bu barədə Ucnoqta.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Ordumuzun şəxsi heyətinin döyüş əzmi və mənəvi-psixoloji durumu yüksəkdir, gərgin döyüşlərdə iştirak edən hərbi qulluqçularımız şücaətlə döyüşür.

Sentyabrın 27-si və bu gün Azərbaycan Ordusunun apardığı döyüşlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində Ermənistan qoşunlarının çoxlu sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikaları məhv edilib.

Təqdim edilən videoda bir az əvvəl iki ədəd düşmən  tankının məhv edilməsi anı əks olunub.

 

Xəbər xətti