QHT sədri: Xalq-ordu-dövlət birliyi nəticəsində qələbəyə nail olacağıq

10:12 - 28 Sentyabr 2020 - Xəbər

Azərbaycanda xalq-ordu-dövlət birliyi sarsılmazdır. Məhz bu birliyin nəticəsində biz qələbəyə nail olacağıq.

Bunu Trend-ə “XXI Əsrin Qadınları” İctimai Birliyi”nin sədri Mahirə Əmirhüseynova deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqı torpaqlarını işğaldan azad etməyə hər zaman hazırdır.

Ermənistanın cəbhə boyu təxribatlarının qarşısının Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alındığını deyən M.Əmirhüseynova işğalçıya layiqli cəzanın verildiyini söyləyib:

M.Əmirhüseynova bildirib ki, torpaqlarımızın işğalda qalması, ermənilərin sərhəddə mütəmadi olaraq təxribatlar törətməsi rəsmi Bakının, o cümlədən ölkə ictimaiyyətinin ciddi narahatlığına səbəb olub:

"Ölkəmiz işğala məruz qalıb və işğalçı cəbhədə təxribatlar törədir. Azərbaycanın bir ümumi problemi var, o da Dağlıq Qarabağ və ətrafında olan rayonların işğaldan azad edilməsidir. Prezident, Ali Baş Komandan İlham Əliyev işğal faktının tezliklə aradan qaldırılması üçün böyük səylə çalışır. Xalqımız da dövlətimizin başçısının mövqeyini hər zaman dəstəkləyir və dəstəkləyəcək".

QHT sədri bildirib ki, Azərbaycan 30 il ərzində sülh danışıqlarına sadiq olduğunu dəfələrlə nümayiş etdirib. İşğalçı isə hazırkı status-kvonu saxlamağa cəhd göstərir, işğalçılıq siyasətini davam etdirməyə meyillidir:

"Təbii ki, belə olan təqdirdə Ordumuz düşmənə layiqli cavab verəcək. Ermənilər Azərbaycan Ordusunun gücünə bələddirlər və bunu Aprel döyüşlərində bir daha gördülər. Kənarda düşmən dəyirmanına su tökən xəbislər birliyimizi poza bilməzlər. Azərbaycan xalqı Ali Baş Komandanın rəhbərliyi ilə ordusuna güvənir və yaxın zamanlarda Şuşada bayrağımızın dalğalanacağı günü yaşayacağımıza tam əminik”.

Xəbər xətti