Ceyhun Bayramov Ukraynaya başsağlığı verib

Xarici işlər naziri Ceyhun Bayramov Ukraynada hərbi təyyarə qəzasında həlak olanlarla əlaqədar başsağlığı verib. O, bu barədə öz "Twitter" səhifəsində yazıb. Nazir bildirib: "Xarkovda faciəvi hərbi təyyarə qəzasında həlak olanlarla əlaqədar dərindən təəssüflənirik. Həlak olanların ailələrinə başsağlığımızı ifadə edirik. Yaralılara tezliklə sağalmalarını arzulayırıq. Ukraya hökumətinə və xalqına dəstək və həmrəyliyimizi ifadə edirik". Xatırladaq ki, ötən gecə Ukraynanın Xarkov şəhərində hərbi təyyarənin qəzaya uğraması nəticəsində 25 nəfər həlak olub.
Tarix
26 Sentyabr 2020 [13:57]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-09-26 13:57:32
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin