Daha 13 şagirddə koronavirus aşkarlanıb

15:45 - 25 Sentyabr 2020 - Xəbər

Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Təhsil Nazirliyindən bildirilib ki, sentyabrın 25-də 86 şagird və 3 işçinin hərarəti 37 dərəcədən yuxarı olub.
Daha 13 şagird və 7 işçidə koronavirus aşkarlanıb.

Bu gün daha 2 sinif distant təhsilə keçirilib. Bununla da distant təhsilə keçirilmiş siniflərin sayı 11-ə çatıb. İndiyə qədər ölkə üzrə bir məktəbdə tədris dayandırılıb və distant təhsilə keçirilib.

Xəbər xətti