Şirkətlərə distant işə keçmək tövsiyə olunub- Moskvada

12:17 - 25 Sentyabr 2020 - DÜNYA

Rusiyanın paytaxtı Moskvanın meri Sergey Sobyanin şəhərdəki şirkətlərə distant iş rejiminə keçməyi tövsiyə edib.

Bunu “RİA Novosti”yə meriyanın Mətbuat xidməti idarəsinin rəis müavini Boris Bulay bildirib.

Onun sözlərinə görə, bu, insanların bir-biri ilə təmasının maksimal dərəcədə azalmasına və vətəndaşların təhlükəsizliyinə yönəlib.

S.Sobyanin həmçinin “Sberbank”, “Yandex” və “Rostec”ə bəzi işçilərin distant işə qaytarılması ilə bağl məktublar göndərib. ///report

Xəbər xətti