Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana gəlib

10:59 - 25 Sentyabr 2020 - SİYASƏT

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycana gəlib.

APA-nın xəbərinə görə, bu barədə T. Klaar “Twitter”də bildirib.
“İki gün davam edəcək görüşlər üçün Bakıdayam. Aİ-nin Cənubi Qafqazda sülh və sabitlikdə böyük marağı var. Gərginliyin azaldılması və ATƏT-in Minsk Qrupu həmsədrlərinin rəhbərliyi ilə ilkin şərt olmadan əsaslı danışıqlar prosesinə qayıtmaq vacibdir”, - deyə T. Klaar qeyd edib.

Xəbər xətti