Rusiyadan Bakıya aylar sonra ilk uçuş həyata keçirilib

11:36 - 24 Sentyabr 2020 - Xəbər

Rusiyanın aviaşirkəti Bakıya uçuş həyata keçirib.

Bu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər. Qeyd olunub ki, "Aeroflot" Hava Yollarına məxsus hava gəmisi aylar sonra ilk reysini edib:

"Ötən gecə "Aeroflot" aviaşirkətinə məxsus təyyarə Moskva-Bakı reysini həyata keçirib.

Qeyd edək ki, uçuşlar həftədə 2 dəfə Moskva-Bakı-Moskva istiqamətində həyata keçiriləcək".///trend

Xəbər xətti