BMT-nin Baş katibi ilin sonuna qədər qlobal atəşkəs çağırışı edib

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş qlobal atəşkəslə bağlı çağırış edib.

Bu barədə Baş katib A. Quterreş BMT Baş Assambleyasının 75-ci sessiyasının ikinci günündə çıxışı zamanı bildirib.

“Mən pandemiya başlayan kimi bütün ölkələrə qlobal atəşkəslə bağlı çağırış etdim. Bu çağırışın beynəlxalq ictimaiyyət tərəfindən ilin sonunadək reallaşdırılmasına yeni bir təkan vermək üçün bu gün mən yenə də müraciət edirəm. Bizim düz 100 günümüz var. Pandemiya dövründə münaqişələrin yeganə bir qalibi var: o da virus özüdür”, - deyə Baş katib deyib.

O vurğulayıb ki, onun martda qlobal sülhlə bağlı çağırışına 180 ölkə, həmçinin dini liderlər, regional tərəfdaşlar, vətəndaş cəmiyyətinin nümayəndələri dəstək verib: “Kamerun, Kolumbiya, Filippin və digər ölkələrdə hərbi qruplaşmalar belə bu çağırışa cavab verdi. Bu ümid üçün bir səbəbdir. Sülh və barışığa nail olmaq üçün yeni kollektiv səylərin vaxtı çatıb. Təhlükəsizlik Şurasının liderliyi ilə bu ilin sonuna qədər qlobal atəşkəsə nail olmaq üçün intensiv beynəlxalq səylər göstərməyə çağırıram. Bizim 100 günümüz var. Vaxt dayanmır. Bütün “qaynar münaqişə”ləri dayandırmaq üçün dünyanın qlobal bir atəşkəsə ehtiyacı var”.///Apa

Tarix
22 Sentyabr 2020 [17:59]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-09-22 17:59:39
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin