Balakəndə avtomobil ata və qızını vurub

Balakəndə qadın sürücü  idarə etdiyi “Prado” markalı avtomobillə ata və azyaşlı qızını vurub.

Hadisə bu gün Balakən-Qabaqçol avtomobil yolunun rayonun Talalar kəndi ərazisindən keçən hissəsində baş verib.

Rayonun Talalar kənd sakinləri olan 1984-cü il təvəllüdlü Əsəbəli Bəxtiyar oğlu Əhmədov  azyaşlı övladı, 2011-ci il təvəllüdlü Nurayla birlikdə yolu keçmək istəyən zaman “Prado” markalı avtomobil tərəfindən vurulub. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Ə.Əhmədov və  qızı Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Zaqatala RMX-da onlara lazımi tibbi yardım göstərilib.

Ə.Əhmədov və qızının vəziyyəti nəzərə alınaraq, müayinə və müalicələrini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilməsi nəzərdə tutulub.
Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır. ///Apa

Tarix
22 Sentyabr 2020 [14:20]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-09-22 14:20:12
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin