Şəhid olan çavuş tovuzludur, 3 övladı var- Foto

12:12 - 21 Sentyabr 2020 - Xəbər

Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun şəhid olmuş kiçik çavuşu Elşən Əli Oğlu Məmmədov Tovuz rayon Qazıqulu kənd sakinidir.

O, ailəlidir və 3 azyaşlı övladı var.
Qeyd edək ki, sentyabrın 21-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub.

Allah rəhmət eləsin!
///report


Xəbər xətti