Bu günün HAVASI- Yağış yağacaq, dolu düşəcək

Azərbaycanda bu günə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin Ucnoqta.az-a verdiyi məlumata görə, sentyabrın 21-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 18-20, gündüz 22-25, Bakıda gecə 18-20, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75, gündüz 45-50 faiz olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-20, gündüz 25-28, dağlarda gecə 8-13, gündüz 15-18 dərəcə isti olacaq.

Tarix
21 Sentyabr 2020 [08:43]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-09-21 08:43:43
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin