Bakıda intihar edən qadının görüntüləri yayıldı- Video

Bakıda ahıl qadın intihar edib.

Hadisə dünən günorta saatlarında Bakının Xətai rayonunda qeydə alınıb.
Rayonun Sarayevo küçəsində yaşayan 65-70 yaşlarında qadın özünü yaşadığı binanın səkkizinci mərtəbəsindən ataraq intihar edib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, meyit ərazidən götürülərək müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anotomiya birliyinin Xətai rayon şöbəsinə təhvil verilib.

Hadisə şahidlərinin sözlərinə görə, intihar edən qadın həmin mənzildə yaşlı həyat yoldaşı ilə birgə yaşayırmış. Onun hansı səbəbdən özünü binadan atması bəlli deyil.
Faktla bağlı araşdırma aparılır.
 


​///report

Tarix
19 Sentyabr 2020 [12:40]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-09-19 12:40:14
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin