Yakub Jezniçak: "Hazırkı "Qarabağ" zəifdir"

"Legiya" üçün yaxşı püşk olmadı. Düşünürəm ki, hər iki tərəf nəticədən narazıdır. Çünki daha zəif komandalarla düşə bilərdilər".


Bu fikirləri "Qarabağ"ın sabiq futbolçusu Yakub Jezniçak "Super Express" nəşrinə açıqlamasında UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkatmasını dəyərləndirərkən deyib.

Hazırda Plotsk "Visla"sında çıxış edən polşalı müdafiəçi ölkəsinin "Legiya" komandasının Azərbaycan təmsilçisinə potensial rəqib olmasına münasibət bildirib. 34 yaşlı oyunçu püşkdən öncə bu klubların bir-biri ilə düşməsini istəmədiyini söyləyib: "Bir az ürəyim parçalandı. Bir tərəfdən, bütün həyatım "Legiya" ilə bağlıdır. Digər tərəfdən, Azərbaycanda 2 gözəl il keçirmişəm".

Jezniçak şansların bərabər olduğunu vurğulayıb: "Matçın Varşavada keçirilməsi "Legiya" üçün birmənalı olaraq üstünlükdür. Çünki "Qarabağ" avrokuboklarda nadir hallarda evdə uduzur. Çox vaxt isə qalib gəlir".

Təcrübəli futbolçu 2017-2019-cu illərdə formasını geyindiyi "Qarabağ"la hazırkı komandanı müqayisə edib: "Düşünürəm ki, hazırkı "Qarabağ" zəifdir. Bizim vaxtımızda komanda Çempionlar Liqasının qrup mərhələsində oynamışdı. Növbəti mövsümdə isə turnirin pley-off mərhələsində uduzmuşdu. Bu dəfə isə III raundda mübarizəni dayandırdılar. "Qarabağ"ın əsas kapitanı (Rəşad Sadıqovu nəzərdə tutur) karyerasını başa vurub. Birlikdə oynadığım legionerlərin çoxu isə komandanı tərk ediblər. Bu mənada indiki komandanın zəif olduğunu düşünürəm".

Qeyd edək ki, "Qarabağ" pley-off mərhələsində "Legiya” (Polşa) / “Drita” (Kosovo) cütünün qalibi ilə qarşılaşacaq. Görüş oktyabrın 1-də səfərdə olacaq./report

Tarix
18 Sentyabr 2020 [19:18]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-09-18 19:18:22
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin