Bakıda tikiş sexi və ona bitişik anbar yanıb

18:47 - 18 Sentyabr 2020 - HADİSƏ

Bakı şəhərinin Xəzər rayonunda bir dam altında tikilən ümumi sahəsi 194 m² olan tikiş sexinin və ümumi sahəsi 206 m² olan anbarın yanar konstruksiyaları, içərisindəki əşyalar yanıb.


Bu barədə Fövqəladə Hallar Nazirliyindən  məlumat verilib.

Yaxınlıqdakı mağaza və yaşayış evləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb./trend

Xəbər xətti