İranda son sutkada 144 nəfər koronavirusdan vəfat edib

İranda son sutka ərzində 144 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. S. Sadat Larinin sözlərinə görə, bununla da İranda koronavirusdan ölənlərin sayı 23 952 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 3 049 nəfər koronavirusa yoluxub. Beləliklə İranda COVID-19-a yoluxanların sayı 416 198 nəfərə yüksəlib.
O əlavə edib ki, İranda indiyədək 355 505 nəfər koronavirusdan sağalıb.

Tarix
18 Sentyabr 2020 [16:26]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-09-18 16:26:20
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin