Milli Məclis Jalə Əliyeva bağlı açıqlama yaydı

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi parlamentin fəaliyyətini işıqlandıran jurnalistlərə müraciət edib.

Müraciətdə deyilir:

"Milli Məclisin komitə iclaslarından mətbuatda və sosial mediada gedən yazılarda bəzən müzakirələrdə çıxış edən deputatların adları düzgün göstərilmir. Bu isə, öz növbəsində, oxucularda anlaşılmazlıq yaradır və haqlı suallara səbəb olur.

Belə ki, sentyabrın 17-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında millət vəkili Jalə Əhmədovanın fikirləri deputat Jalə Əliyevanın söylədiyi fikirlər kimi təqdim edilib. Qeyd edək ki, deputat Jalə Əliyeva ümumiyyətlə İnsan hüquqları komitəsinin üzvü deyil və həmin iclasda iştirak etməyib.

Parlamentdə keçirilən iclaslardan informasiya hazırlayarkən belə məsələlərdə xüsusilə diqqətli olmağınızı xahiş edirik".

 

Tarix
18 Sentyabr 2020 [10:36]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-09-18 10:36:26
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin