Oğuz sakinini ilan sancıb

09:00 - 18 Sentyabr 2020 - HADİSƏ

Oğuzda 53 yaşlı kişini yaşadığı evin həyətində ilan sancıb.

1967-ci il təvəllüdlü Oğuz rayonunun Söyüdlü kənd sakini Arif Məhəmməd oğlu Abdiyev ilan sancması xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı məlum olub ki, A.Abdiyev yaşadığı evin həyətyanı sahəsində təsərrüfat işləri aparan zaman qəfildən ilan onun sağ əlindən sancıb. Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilən A.Abdiyevə lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir. ///Apa

Xəbər xətti