Karantin qaydaları yenə sərtləşəcək? - Baş infeksionist

“Noyabr ayında koronavirusa yoluxanların sayının artması gözləniləndir”.

Ucnoqta.az xəbər verir ki, bu sözləri Lent.az -a açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib. O bildirib ki, buna səbəb növbəti aylarda respirator virus infeksiyalarının baş vermə hallarının artması olacaq:

“Sözügedən infeksiyaların artması koronavirusun da artmasına gətirib çıxara bilər. İki virusun yanaşı olması isə xəstəliyin daha ağır gedişlə müşahidə edilməsinə səbəb ola bilər”.

Baş infeksionist qeyd edib ki, yoluxma sayının çoxalması və ya azalması birbaşa insanlarla əlaqəlidir. "Karantin qaydaları sərtləşə bilərmi?" sualına isə C.İsayev belə cavab verdi":

“İstərsə ən sərt, istərsə də hazırki yumşalmalarla olan karantin tədbirlərində insanlar diqqətli olmasalar nəticə dəyişməyəcək. Biz karantin tədbirlərinə maksimum riayət etməliyik. Maskaların taxılması, sosial məsafələrin gözlənilməsi, sıx yerlərdə toplaşmağın qarşısının alınması, əllərin tez-tez yuyulması və s. tədbirlərə əməl etsək yoluxma sayı çox az olacaq. Bunlara əməl etməsək isə ən sərt karantin rejiminin belə faydası olmayacaq.

İnsanlardan bir daha xahiş edirəm ki, karantin tələblərinə riayət etsinlər. Özlərini və ətraflarını qorusunlar ki, həyatımız normal hala qayıtsın”.

Tarix
17 Sentyabr 2020 [12:45]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-09-17 12:45:06
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin