Sosial şəbəkələrə giriş şəxsiyyət vəsiqəsi ilə olsun – TƏKLİF

Deputat sosial şəbəkələrə girişin şəxsiyyət vəsiqəsi ilə olmasını təklif edir.

Bu fikirlə deputat Jalə Əliyeva Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında çıxış edib.

Deputat media işçilərinə müraciə edib: “Bir məlumatı yayan zaman onun doğruluğunu yoxlayın. Məlumat və şou xətrinə nələrisə yaymaq olmaz. Bu məsələləri peşəkar media işçilərimizə aid etmirəm. Hesab edirəm ki, peyri-peşəkar mətbuat işçilərinə nəzarət mexanizmi olmalıdır. Özüm də bu kimi informasiyalara məruz qalıram. Pisləmək çox asandır. Amma qurmaq, yaratmaq peşəkarlıq tələb edir”.

Deputat Elman Nəsirov da “Sosial şəbəkələrin tənzimlənməsi haqqında” qanun layihəsinin qəbul olunmasına ehtiyac olduğunu bildirib. Onun fikrincə, sosial şəbəkələrin fəaliyyəti ilə bağlı dinləmələr keçirilə bilər. ///trend

Tarix
17 Sentyabr 2020 [12:13]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-09-17 12:13:27
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin