Ana səhifə Mobil versiya
25 Sentyabr 2020

Milli Parkda qanunsuz balıq ovlayanlar saxlanılıb -Foto

Qızılağac Milli Parkının ərazisində qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən Qızılağac Milli Parkının əməkdaşları ilə birgə qeyri-qanuni ovçuluq və balıqçılıqla məşğul olan şəxslərin aşkarlanması istiqamətində növbəti tədbir təşkil olunub.

Keçirilən tədbir zamanı Lənkəran rayonu Liman şəhəri istiqamətində Qızılağac Milli Parkının kiçik su sahəsində qanunsuz balıq ovu ilə məşğul olan Liman şəhər sakini R.Zərbiyev saxlanılıb. Qurduğu torlar vasitəsilə qanunsuz balıq ovlayan həmin şəxsdən ov zamanı istifadə etdiyi mühərrikli qayıq, 2 ədəd tor və qanunsuz olaraq tutduğu balıqlar aşkar olunaraq götürülüb. R.Zərbiyevin təbiətə 1056 manat dəyərində maddi ziyan vurduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır

Tarix
16 Sentyabr 2020 [11:21]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-09-16 11:21:48
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin