Ana səhifə Mobil versiya
25 Sentyabr 2020

Oğuzda külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb -Foto

Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Oğuz rayon Bayan kənd sakini, əvvəllər məhkum olunmuş Elşad Cabbarov saxlanılıb.

Ona məxsus fərdi yaşayış evinə keçirilən baxış zamanı, yardımçı tikilidən 1kq 600 qr çəkidə narkotik vasitə olan, qurudulmuş “marixuana” aşkar edilərək götürülüb.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində rayonun Otmanlı adlanan bağın ərazisində 232 ədəd ümumi çəkisi 6 kq 400 qr olan xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə - Kannabis bitkiləri və 48 kq 200 qr qurudulmuş “marixuana” aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Tarix
16 Sentyabr 2020 [11:05]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-09-16 11:05:49
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin