Ana səhifə Mobil versiya
25 Sentyabr 2020

Türkiyədə son sutkada koronavirusdan 67 nəfər ölüb

Türkiyədə son sutka ərzində koronavirusdan 67 nəfər ölüb.

APA-nın xəbərinə görə, bu barədə Türkiyənin "covid19.saglik.gov.tr" saytında yazılıb.
Qeyd  olunub ki, son 24 saatda 110 412 şübhəli koronavirus testindən keçib, onlardan 1742-nin cavabı pozitiv çıxıb, ağır xəstə sayı 1327 nəfər olub, 1202 xəstə isə sağalaraq evə buraxılıb.

Türkiyədə ümumilikdə 294 620 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 261 260 nəfər sağalıb, 7186  nəfər ölüb.
Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca özünün "Twitter" səhifəsində ağır xəstə sayının artmasına diqqət çəkərək xəbərdarlıq edib.

Tarix
15 Sentyabr 2020 [21:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-09-15 21:30:07
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin