Ana səhifə Mobil versiya
22 Sentyabr 2020

Həmsədrlər Parisdə Qarabağ münaqişəsinə dair məsləhətləşmələr keçirib

Bu gün, sentyabrın 14-də Paris şəhərində ATƏT-in Minsk qrupunun həmsədrləri - İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endrü Şofer (ABŞ) arasında Dağlıq Qarabağ münaqişəsinin həllinə dair növbəti intensiv məsləhətləşmələr keçirilib. Danışıqlarda ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik də iştirak edib. 

Bu barədə "Report"a ATƏT-dən məlumat verilib.
Bildirilib ki, həmsədrlər Ermənistan-Azərbaycan sərhədində iyul ayında yaranmış gərginliyi və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırkı vəziyyəti müzakirə ediblər.

Eyni zamanda vurğulanıb ki, həmsədrlərin həm Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov, həm də Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyanla ayrı-ayrılıqda telefon danışığı baş tutub. Həmsədrlər xarici siyasət idarələrinin rəhbərlərinə yaxın həftələrdə onların iştirakı ilə görüşün keçirilməsini təklif ediblər.

Tarix
14 Sentyabr 2020 [21:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-09-14 21:00:32
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin