Ana səhifə Mobil versiya
25 Sentyabr 2020

Nigeriyalı “Sarı gəlin”i Azərbaycan dilində oxudu - Video

Ukraynada keçirilən "Qolos Ukrainı" müsabiqəsininin keçmiş iki iştirakçısı – azərbaycanlı ifaçı Vaqif Nağıyev və Odessada yaşayan nigeriyalı Anyanya Udonqvo Azərbaycanın xalq mahnısı “Sarı gəlin”i duet ifa ediblər.

“Qafqazinfo” bildirir ki, V.Nağıyev bu mahnını çoxdan ifa etmək istəyirdi, lakin cəsarət etmirdi. “Duet oxumaq təklifimi qəbul etdiyi üçün dostum Anyanya Udonqvoya təşəkkür edirəm. Mənim fikrimcə, hələ heç kim bu mahnını onun kimi gözəl oxumayıb”, - deyə azərbaycanlı ifaçı sosial şəbəkə hesabında yazıb.

Duetdə A.Udonqvo “Sarı gəlin” mahnısını Azərbaycan və ingilis dillərində ifa edib.

Ekran işində rəqqasə Oksana Rəsulova da yer alıb.

 

Tarix
13 Sentyabr 2020 [14:11]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-09-13 14:11:14
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin