Ana səhifə Mobil versiya
25 Sentyabr 2020

Mədəniyyət Nazirliyində daha bir təyinat

Mədəniyyət Nazirliyində yeni kadr təyinatı olub.

Bununla bağlı Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Hüseynbəyli Zemfira Qüdrət qızı Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Z.Hüseynbəyli 1990-cı ildə Bakı şəhərində anadan olub. 2011-ci ildə Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlər” ixtisası üzrə bakalavr (fərqlənmə), 2012-ci ildə Birləşmiş Krallığın Kingston London Universitetinin “Beynəlxalq biznesin idarə edilməsi” ixtisası üzrə magistr (fərqlənmə) dərəcələrini alıb.

Əmək fəaliyyətinə 2012-ci ildə Bakı Nobel İrsi Fondunda ictimaiyyətlə əlaqələr üzrə nümayəndə vəzifəsində başlayıb. 2014-2018-ci illər ərzində BP neft şirkətinin subkontraktoru olan “Titan D” şirkətində insan resursları üzrə baş mütəxəssis vəzifəsində çalışıb, Azərbaycan Dövlət Neft şirkətində insan resursları üzrə aparıcı mütəxəssis işləyib. 2019-cu ildə SOCAR Azneft İstehsalat Birliyinin (İB) İnsan Resursları Departamentinin rəis müavini vəzifəsinə (2019) təyin edilib. Azneft İB-də “İnsan resurslarının transformasiyası” layihəsinin icraçısı, təlim və inkişaf proqramlarının rəhbəri olub.///report

 

Tarix
2 Sentyabr 2020 [15:52]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-09-02 15:52:44
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin