Ədalət Şükürovdan Operativ Qərargaha: “Bir problem sərgi, muzey idi, ...” - VİDEO

14:18 - 29 Avqust 2020 - Xəbər

Azərbaycanın və Dağıstanın Əməkdar artisti Ədalət Şükürov operativ qərargahın bu gün qəbul etdiyi qərarı pisləyib.

Bununla bağlı “Instagram” hesabında paylaşım edən müğənni muzeylərin və sərgi zallarının açılmasına güldüyünü bildirib:

“Saytlardan oxudum ki, ölkə ərazisində muzeylər və sərgi zalları açılıb. Yadınıza salım ki, ölkəyə turist gəlmir. Məktəblər bağlıdır, şagirdlər də muzeyə gedə bilmir. İnsanların elə əhval-ruhiyyəsi yoxdur ki, muzeylərə getsin. Mənə çox maraqlıdır, bu təklifi kim irəli sürüb? Yəni başqa problemimiz yox idi? Bir problem sərgi, muzey idi, onu da açdınız?!”.


​///oxu.az

Xəbər xətti