Ucnoqta.az
www.ucnoqta.az

Ədalət Şükürovdan Operativ Qərargaha: <font color=red><b>“Bir problem sərgi, muzey idi, ...” - VİDEO</b></font>

14:18 - 29 Avqust 2020 tarixində dərc olunub.

Azərbaycanın və Dağıstanın Əməkdar artisti Ədalət Şükürov operativ qərargahın bu gün qəbul etdiyi qərarı pisləyib.

Bununla bağlı “Instagram” hesabında paylaşım edən müğənni muzeylərin və sərgi zallarının açılmasına güldüyünü bildirib:

“Saytlardan oxudum ki, ölkə ərazisində muzeylər və sərgi zalları açılıb. Yadınıza salım ki, ölkəyə turist gəlmir. Məktəblər bağlıdır, şagirdlər də muzeyə gedə bilmir. İnsanların elə əhval-ruhiyyəsi yoxdur ki, muzeylərə getsin. Mənə çox maraqlıdır, bu təklifi kim irəli sürüb? Yəni başqa problemimiz yox idi? Bir problem sərgi, muzey idi, onu da açdınız?!”.


​///oxu.az

Müəllif: