Ana səhifə Mobil versiya
25 Sentyabr 2020

Polis əməkdaşı sürücü tərəfindən bıçaqlandı – ANBAAN VİDEO

Rusiyanın Vladivostok şəhərində, hüquq-mühafizə orqanları əməkdaşları, yolda baş verən insident nəticəsində yol polisini bıçaqlayan şəxsi axtarır. Ucnoqta.az xəbər verir ki, hadisə görüntüləri avqustun 26-da “Pobeda” parkı yaxınlığında qeydə alınıb.

Kadrlarda, iki nəfərin ağ rəngli avtomobilə doğru hərəkət edərək, hələlik məlum olmayan səbəblərdən sürücüyə yumruq-təpik zərbələri endirdikləri görülür. 

Bundan sonra sürücü avtomobildən çıxaraq əlindəki bıçaqla qara qısaqol köynəkdəki kişiyə xəsarətlər yetirir və ardınca da hadisə yerindən yayınır.

Qeydə edək ki, əlindən və ayağından bıçaq yaraları alan şəxs həmin vaxt xidmətdə olmayan Yol Patrul Xidmətinin əməkdaşıdır.

Bildirilir ki, çoxlu qan itirən polisin vəziyyəti ağırdır.

Yerli KİV-in məlumatına görə, polislər artıq hadisəni törədən şəxsin “Kudo” şərq döyüş növü üzrə məşqçi olduğunu müəyyən ediblər. Hazırda onun axtarışları davam etdirilir.

 

Namiq Musayev

 

 

Tarix
27 Avqust 2020 [18:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-08-27 18:51:21
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin