Hətta rəsmi ezamiyyətlər rayonlarda yoluxma sayına təsir göstərir - Hikmət Hacıyev

11:47 - 15 Avqust 2020 - Xəbər

Hətta rəsmi ezamiyyə vərəqələri ilə rayonlara səfərlərinin epidemioloji vəziyyətə təsiri araşdırılır.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində
deyib.

Şöbə müdirinin sözlərinə görə, müşahidələr onu göstərir ki, rayonlara gediş-gəlişin açılması müzakirə edilir: "Rayonlarda olan epidemioloji vəziyyət çox incəliyi ilə araşdırılır. Görünən odur ki, hətta rəsmi ezamiyyələr çərçivəsində müvafiq səfərlərin həyata keçirilməsi həmin rayonlarda yoluxma sayına təsir göstərir. Bu məqamlar araşdırılır".

Xəbər xətti