Ucnoqta.az
www.ucnoqta.az

Hətta rəsmi ezamiyyətlər rayonlarda yoluxma sayına təsir göstərir - <font color=red><b>Hikmət Hacıyev</b></font>

11:47 - 15 Avqust 2020 tarixində dərc olunub.

Hətta rəsmi ezamiyyə vərəqələri ilə rayonlara səfərlərinin epidemioloji vəziyyətə təsiri araşdırılır.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində
deyib.

Şöbə müdirinin sözlərinə görə, müşahidələr onu göstərir ki, rayonlara gediş-gəlişin açılması müzakirə edilir: "Rayonlarda olan epidemioloji vəziyyət çox incəliyi ilə araşdırılır. Görünən odur ki, hətta rəsmi ezamiyyələr çərçivəsində müvafiq səfərlərin həyata keçirilməsi həmin rayonlarda yoluxma sayına təsir göstərir. Bu məqamlar araşdırılır".

Müəllif: