"Barselona"nın futbolçusu koronavirusa yoluxdu

22:38 - 14 Avqust 2020 - İDMAN

İspaniya "Barselona"sının futbolçusu Samuel Umtitinin koronavirus testinin nəticəsi müsbət çıxıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, xəstəliyi simptomsuz keçirən fransalı müdafiəçi dərhal evində karantinə alınıb. Kataloniya təmsilçisinin məsələ ilə bağlı UEFA-nı məlumatlandırdığı və oyunçu ilə yaxın ünsiyyətdə olan hər kəsdən analiz götürüldüyü bildirilib.

Qeyd edək ki, S.Umtiti zədə səbəbindən komandasının UEFA Çempionlar Liqasının 1/4 finalmərhələsinin Almaniya "Bavariya"sı ilə bugünkü matçı üçün Portuqaliyanın paytaxtı Lissabona yollanmayıb.

Xəbər xətti