Vilayət Eyvazovdan yeni TƏYİNAT

21:04 - 14 Avqust 2020 - Xəbər

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Bununla bağlı müvafiq əmri nazir, general-polkovnik Vilayət Eyvazov imzalayıb. Əmrə əsasən, polis polkovniki Bəkir Sarıyev Bakı şəhər BPİ-nin Təşkilat-İnspektor İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, B.Sarıyev həmin idarənin rəis müavini vəzifəsində xidmət edib.
Məlumatı Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Oxu.Az-a təsdiqləyiblər.

Xəbər xətti