Ana səhifə Mobil versiya
19 Sentyabr 2020

Ağır xəstəlik daşıyan ağcaqanadlar Avropaya yayıla bilər

Alimlər xəbərdarlıq edirlər ki, yaxın onilliklər ərzində ağcaqanadlar vasitəsi ilə yayılan Denge, Çikunqunya, Zika və digər təhlükəli tropik infeksiyaların Cənubi və Şərqi Avropa və Şimali Amerikada yayılma təhlükəsi mövcuddur. Bu da öz növbəsində nadir xəstəliklərin epidemiyalara çevrilməsinə səbəb olacaq. Əsas səbəb isə qlobal istiləşmədir.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki,  bu virusların daşıyıcısı əsasən “Aedes aegypti” ağcaqanadıdır. Ağcaqanad insanlarda və heyvanlarda daxili orqanlara ciddi ziyan vuran “Dirofilaria” cinsinin filamentoz qurdlarının sürfələrini daşıyır.

Həşəratların yaşadığı yer Afrika materikidir. Bu gün həmin ağcaqanad bütün tropik bölgələrdə yaşayır, lakin mütəxəssislərin proqnozlarına görə, tezliklə təhlükəli həşərat şimala hücum edəcək. Bununla bağlı hətta, Klinik Mikrobiologiya və Yoluxucu Xəstəliklər Mütəxəssisləri Konqresi də xəbərdarlıq etmişdi.

Artıq avqust ayında Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin mütəxəssisləri Fransanın Yer şəhərində Zika virusuna yoluxma qeydə alıblar.

Ötən il isə Rusiyanın mərkəzi hissəsinə Misirdən və Cənub Şərqi Asiyadan Denge, Çikungunya, Zika və sarı qızdırma viruslarının daşıyıcıları olan təhlükəli həşəratlar köç edib. Qeyd olunur ki, cənub bölgələrində müəyyən xəstəliklərin yayılması qeydə alınmışdı. Ağcaqanadların bu ərazilərə gedib çıxmasına əsas faktor qlobal istiləşmədir.

Tarix
14 Avqust 2020 [09:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-08-14 09:50:56
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin