Ana səhifə Mobil versiya
19 Sentyabr 2020

Ronaldunun agenti onu "Barselona"ya təklif etdi- KİV

İtaliya təmsilçisi "Yuventus"da çıxış edən Kriştianu Ronaldunun agenti Jorje Mendeş futbolçunu İspaniya "Barselona"sı daxil olmaqla bir neçə kluba təklif edib. 

Bu barədə jurnalist Gilerme Balaqe "BBC Radio"ya açıqlamasında bildirib. Onun sözlərinə görə, agent 35 yaşlı hücumçu üçün müxtəlif klublarla əlaqə qurub.
Mendesin təklifini alan komandaların arasında "Barselona" ilə yanaşı, Fransa PSJ-si və bir neçə Şimali Amerika təmsilçisi olub.

Jurnalistin sözlərinə görə, Ronaldu "Qızıl top" mükafatını qazana biləcəyi komandaya keçmək istəmir. Balaqe deyib ki, portuqaliyalı forvardın əsas hədəfi illik 23 milyon avro qazanmaqdır.

Ronaldu "Yuventus"a 2018-ci ilin yayında "Real Madrid"dən keçib. Transferin məbləği 117 milyon avro təşkil edib. 35 yaşlı hücumçu İtaliya çempionatının cari mövsümünün 33 matçında (bütün oyunlarda əsas heyətdə) iştirak edərək 31 qol vurub, həmçinin 6 məhsuldar ötürmə verib. Hücumçunun klubla müqaviləsi 2022-ci il ilin yayında başa çatır.///report

Tarix
13 Avqust 2020 [13:13]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-08-13 13:13:43
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin