Ana səhifə Mobil versiya
19 Sentyabr 2020

Polislər maska taxmayan gənci avtobusdan belə düşürtdülər - ANBAAN VİDEO

Bu gün Mərkəzi Bankın qarşısındakı dayanacaqda 2 nömrəli avtobusda polislər və vətəndaş arasında mübahisə yaşanıb.

Ucnoqta.az xəbər verir ki, hadisə şahidlərinin Yeniavaz.com-a verdiyi məlumata görə, mübahisə vətəndaşın avtobusa tibbi maska taxmadan daxil olmasına görə yaşanıb. Redaksiyamızın "Whatsapp" nömrəsinə göndərilən kadrlarda polisin vətəndaşdan avtobusdan enməyi tələb etdiyi, gəncin isə buna qarşı çıxdığı görünür. Kadrlarda həmçinin avtobusun yubanmasına etirazını bildirən başqa bir vətəndaşla polisin mübahisəsi də müşahidə olunur. Sonda polis əməkdaşları gənci güc tətbiq edərək avtobusdan endirirlər.

​Qeyd edək ki, pandemiya ilə əlaqədar Operativ Qərargahın müvafiq qərarına əsasən, əhalinin sıx toplaşdığı yerlərdə, o cümlədən dayanacaqlarda və avtobuslarda tibbi maska taxmaq məcburidir.

Tarix
13 Avqust 2020 [00:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-08-13 00:07:20
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin