Ana səhifə Mobil versiya
21 Sentyabr 2020

Bakıda 58 yaşlı qadın ilk dəfə ana oldu

Düzdür, qadının sağlamlığında bəzi problemlər olsa da, o, öhdəsindən gəlib və birinci ekstrakorporal mayalanmadan sonra hamilə qalıb

Bakıda orta məktəb müəllimi olan 58 yaşlı qadın ilk övladını dünyaya gətirib. Ucnoqta.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu, Bakıda ikinci belə haldır: başqa bir qadın 64 yaşında ana olmuşdu.

Həkim etikası çərçivəsində qadının adı açıqlanmır. Həkim-ginekoloq Elnurə Mustafayevanın sözlərinə görə, onun nəzarəti altında olan pasiyent ekstrakorporal mayalanma prosedurundan sonra hamilə qalıb.
Qadın 45 yaşında ailə qurub. Bu illər ərzində o, təbii yollarla hamilə qalmağa cəhd göstərib.

“Bu fakt – qeyri-adidir. Hər qadının başına belə hal gələ bilməz. Bu yaşda bir çox pasiyentlərimizə müalicə yazmaqdan çəkinirik, ancaq bu qadın, bir növ, fenomen oldu. Yəni onun səhhəti uşaq doğmağa imkan verdi. Bundan başqa, onun heyrətamiz iradəsi var”, - deyə həkim bildirib.
Düzdür, qadının sağlamlığında bəzi problemlər olsa da, o, öhdəsindən gəlib və birinci ekstrakorporal mayalanmadan sonra hamilə qalıb.

Məlumdur ki, süni mayalanma 100 faiz hamilə qalmağa zəmanət vermir.
“Ancaq bizim pasiyentimizin səhhəti uğurlu nəticə üçün, demək olar ki, ideal idi”, - Mustafayeva deyib.
Əlbəttə, 58 yaşında hamiləlik asan olmasa da, o, uğurla sonlanıb. Doğulan uşağa Fateh adı qoyulub.

Oğulla ananı artıq evə yazıblar.

Tarix
12 Avqust 2020 [12:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-08-12 12:07:52
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin