Azərbaycanda bir gündə 84 nəfər koronavirusa yoluxub

16:44 - 11 Avqust 2020 - Xəbər

Azərbaycanda  yeni koronavirus infeksiyasına 84 yoluxma faktı qeydə alınıb, 214 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Ucnoqta.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 33 731 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 30 856 nəfər müalicə olunaraq sağalıb, 495 nəfər vəfat edib, aktiv xəstə sayı 2 380 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 318, ötən müddət ərzində isə ümumilikdə 796 459 test aparılıb.

Xəbər xətti