Ana səhifə Mobil versiya
22 Sentyabr 2020

Serbiya Daxili İşlər naziri Azərbaycana gəlib

Serbiya Respublikasının Baş Nazirinin müavini və Daxili İşlər naziri Neboyşa Stefanoviçin Azərbaycana səfəri başlayıb.

APA-nın məlumatına görə, N. Stefanoviç artıq Bakıdadır. O, eyni zamanda Milli Təhlükəsizlik Şurasının katibidir.

Qeyd edək ki, avqustun 7-də Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla zəng edərək, iyul ayında Ermənistan-Azərbaycan sərhədində Ermənistanın təxribatı nəticəsində baş vermiş hadisələr zamanı Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirmiş, vəziyyətin araşdırılması ilə bağlı yaxın vaxtlarda Azərbaycana Serbiyanın yüksək səviyyəli nümayəndə heyətinin göndəriləcəyini qeyd etmişdi.

Tarix
11 Avqust 2020 [10:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-08-11 10:37:52
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin