Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb

22:44 - 9 Avqust 2020 - DÜNYA

Türkiyədə son sutka ərzində 1 182 yeni yoluxma faktı qeydə alınıb.

Türkiyə mətbuatının xəbərinə görə, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, Türkiyədə bu gün 15 nəfər koronavirusdan dünyasını dəyişib. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 5 844, yoluxanlar isə 240 min 804 nəfərə çatıb.

Türkiyədə indiyədək 223 min 759 xəstə sağalaraq evə buraxılıb.

Xəbər xətti