"Yuventus"un yeni baş məşqçisi məlum olub

22:15 - 8 Avqust 2020 - İDMAN

"Yuventus" istefaya göndərdiyi baş məşqçisi Maurisio Sarrinin əvəzləyicisini tapıb.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Turin təmsilçisini  U-23 komandasının baş məşqçisi Andrea Pirlo çalışdıracaq. Bildirilir ki, bu seçimi klubun prezidenti Andrea Aqnelli edib.

Qeyd edək ki, 41 yaşlı mütəxəssis 1 ay əvvəl "Yuventus"un U-23 komandasına baş məşqçi təyin olunub. O, futbolçu karyerası ərzində 2011-2015-ci illərdə A seriyası təmsilçisinin heyətində oynayıb.

Xəbər xətti